- Misli Premyer liqa
- 17:35 31.05.2026
"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.
Klubdan90deqiqe.Az-a verilən məlumata görə, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Sekidika "Sabah"da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.