17 avqust 2026. Bazar ertəsi

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq


Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq.

Corner.az xəbər verir ki, VII turun son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 7 xalla 5-ci sırada qərarlaşan “Zirə” 4 xalla sonuncu yerdəki “Qəbələ”ni qəbul edəcək. Bu komandalar indiyədək milli çempionatda 16 dəfə qarşılaşıblar. Onlardan 4-də qəsəbə, 5-də isə əyalət təmsilçisi qalib gəlib. 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Həftənin son matçı 100 faizlik nəticə ilə vahid lider olan “Qarabağ” 5 xalla 7-ci pillədəki “Sabah”ı qəbul edəcək. Bu kollektivlərin əvvəlki 4 görüşündə ağdamlılar uduzmayıblar - 2 qələbə, 2 bərabərlik.

Qeyd edək ki, tur başa çatandan sonra milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatlarında fasilə yaranacaq. Premyer Liqada II dövrəyə oktyabrın 19-da start veriləcək.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer