- Misli Premyer liqa
- 15:54 02.06.2026
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” klubunda heyətlə bağlı mühüm qərarlar verilib.
90deqiqe.Az xəbər verir ki, Naxçıvan təmsilçisi müqavilə müddəti başa çatan 10 futbolçu ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlib.
Klub Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nunu Rodrigeş, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.
Bununla yanaşı, “Araz-Naxçıvan” üç futbolçunun komandada qalacağını da rəsmən açıqlayıb. Belə ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də klubun uğurları üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, “Araz-Naxçıvan” geridə qalan mövsümdə uğurlu çıxışı ilə diqqət çəkib və yeni mövsüm öncəsi heyətdə ciddi yenilənməyə start verib.