19 iyul 2026. Bazar günü

Braziliyalı müdafiəçi "Şamaxı"dan ayrıldı


Braziliyalı müdafiəçi "Şamaxı"dan ayrıldı

"Şamaxı" futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, braziliyalı müdafiəçinin başa çatan müqaviləsinin müddətinin uzadılmaması qərara alınıb. Bununla da tərəflər arasında əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, Sezar Enrike 2024-cü ilin yayında "Şamaxı"ya transfer olunmuşdu. O, ötən mövsüm ərzində bölgə təmsilçisinin heyətində çıxış edib.







Misli Premyer liqa