4 iyun 2026. Cümə axşamı

"Sabah"ın kapitanı ilə müqavilə yenilənmədi


"Sabah"ın kapitanı ilə müqavilə yenilənmədi

"Sabah" klubu kapitanı Amin Seydiyevlə yollarını ayırdığını açıqlayıb.

 Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

2020-ci ildən "Sabah"ın uğurları üçün çalışan Amin Seydiyev bu müddət ərzində komandanın heyətində 186 oyuna çıxıb və 7 qola imza atıb. Təcrübəli futbolçu eyni zamanda klub tarixində ən çox oyun keçirən futbolçu kimi rekordun sahibidir.

Amin Seydiyev "Sabah"ın heyətində bir dəfə Azərbaycan Premyer Liqasının qalibi olub, iki dəfə isə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, müdafiəçinin gələcək karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.







Misli Premyer liqa

Azərbaycan millisinin üzvü "Sabah"da qalır
  • Misli Premyer liqa
  • 16:45 04.06.2026
Azərbaycan millisinin üzvü "Sabah"da qalır
"Qəbələ" kapitanı ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:27 04.06.2026
"Qəbələ" kapitanı ilə yollarını ayırdı
Braziliyalı müdafiəçi "Şamaxı"dan ayrıldı
  • Misli Premyer liqa
  • 11:39 04.06.2026
Braziliyalı müdafiəçi "Şamaxı"dan ayrıldı
“Qəbələ”də daha iki ayrılıq
  • Misli Premyer liqa
  • 12:22 02.06.2026
“Qəbələ”də daha iki ayrılıq