19 iyul 2026. Bazar günü

"Qəbələ" kapitanı ilə yollarını ayırdı


"Qəbələ" kapitanı ilə yollarını ayırdı

"Qəbələ" klubu kapitanı Murad Musayevlə yollarını ayırdığını açıqlayıb.

Bölgə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, təcrübəli müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Murad Musayev 2012-2013-cü illər mövsümündə əsas komandada debüt edib. Uzun illər klubun uğurları üçün mübarizə aparan futbolçu Azərbaycan Premyer Liqası və ölkə kuboku çərçivəsində ümumilikdə 173 oyunda meydana çıxıb, 4 qola imza atıb.

Musayev karyerası ərzində "Qəbələ"nin aparıcı simalarından biri olub və komandanın kapitan sarğısını daşıyıb.

Qeyd edək ki, müdafiəçi 2023-cü ildə "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi adını qazanıb.







Misli Premyer liqa