20 iyul 2026. Bazar ertəsi

Azərbaycan millisinin üzvü "Sabah"da qalır


Azərbaycan millisinin üzvü "Sabah"da qalır

"Sabah" klubu futbolçusu Tellur Mütəllimovla yeni müqavilə imzalayıb.

Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə bağlanıb.

2022-ci ildən "Sabah"ın heyətində çıxış edən Tellur Mütəllimov bu müddət ərzində 102 oyunda meydana çıxıb. Azərbaycan millisinin də üzvü olan futbolçu klubun aparıcı simalarından biri kimi çıxış edir.

Mütəllimov "Sabah"ın heyətində 1 dəfə Azərbaycan Premyer Liqasının qalibi olub, 2 dəfə isə Azərbaycan Kubokunu qazanıb.







Misli Premyer liqa