25 sentyabr 2026. Cümə

"Karvan-Yevlax"da daha bir ayrılıq


"Karvan-Yevlax"da daha bir ayrılıq

Azərbaycan Premyer Liqasını mövsümün sonunda tərk edən "Karvan-Yevlax" klubunda növbəti ayrılıq yaşanıb.

Bölgə təmsilçisindən 90deqiqe.Az -a verilən məlumata görə, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla başa çatan müqavilənin müddəti yenilənməyib və futbolçu ilə yollar ayrılıb.

26 yaşlı futbolçu geridə qalan mövsümdə Yevlax klubunun heyətində 33 oyunda meydana çıxıb, 2 qolla yadda qalıb.

Qeyd edək ki, "Karvan-Yevlax" ötən gün də Kayl Spens və Pedro Mateuşla vidalaşmışdı.







Misli Premyer liqa