25 sentyabr 2026. Cümə

"Sabah"ın yay hazırlıq planı bəlli olub


"Sabah"ın yay hazırlıq planı bəlli olub

"Sabah" futbol klubunun yay təlim-məşq toplanışı üçün planı müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də start verəcək.

Komanda Avstriyanın Tirol bölgəsində təşkil olunacaq təlim-məşq toplanışında iyulun 3-dək hazırlıq keçəcək.

Hazırlıq prosesi çərçivəsində "Sabah"ın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.







Misli Premyer liqa