4 noyabr 2026. Çərşənbə

“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi


“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi

Mövsümün sonunda Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.

Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, bu vəzifəyə Zaur Həşimov gətirilib.

Danışıqların yekunlaşmasından sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zaur Həşimov “Şəfa”ya yad sima deyil. O, futbolçu karyerası dövründə bu komandanın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Mütəxəssis məşqçilik karyerası ərzində “Qəbələ” və “Zirə” klublarında çalışıb, həmçinin Bakı təmsilçisinin baş məşqçisi postunu tutub. O, eyni zamanda Azərbaycanın U-18 millisinin baş məşqçisi kimi də fəaliyyət göstərib.







Misli Premyer liqa