20 sentyabr 2026. Bazar günü

"Şamaxı"da yeni müqavilə


"Şamaxı"da yeni müqavilə

"Şamaxı" klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Həbib İsmayılov daha iki mövsüm "Şamaxı"nın uğurları üçün mübarizə aparacaq.

Klub rəhbərliyi futbolçuya etimad göstərərək onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib. Yeni müqavilə ilə yarımmüdafiəçi 2027-ci ilin yayına qədər bölgə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Şamaxı" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 38 xalla 8-ci pillədə başa vurub.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol