20 sentyabr 2026. Bazar günü

"Şəfa" ilk transferini rəsmiləşdirib


"Şəfa" ilk transferini rəsmiləşdirib

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şəfa" yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Paytaxt təmsilçisi heyətini müdafiəçi Rauf Hüseynli ilə gücləndirib. Klub 26 yaşlı futbolçu ilə iki illik müqavilə imzalayıb.

Sağ cinah müdafiəçisi kimi çıxış edən Rauf Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib. O, ötən mövsüm meydana çıxdığı 28 qarşılaşmada 6 qola imza atıb, həmçinin komanda yoldaşları üçün bir məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ"ın yetirməsi olan futbolçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarının da şərəfini qoruyub.

Beləliklə, "Şəfa" Premyer Liqadakı debüt mövsümü öncəsi ilk transferini həyata keçirərək heyətinin formalaşdırılması istiqamətində növbəti addımını atıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol