20 sentyabr 2026. Bazar günü

"Şəfa" üç futbolçu ilə yollarını ayırdı


"Şəfa" üç futbolçu ilə yollarını ayırdı

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Şəfa" klubunda ayrılıqlar yaşanıb.

Bu barədə 90deqiqe.Az-a klubdan məlumat verilib.

Müqavilə müddəti başa çatan üç futbolçu ilə əməkdaşlığa son verilib. Belə ki, qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanov komandanı tərk ediblər.

Bildirilib ki, tərəflər arasında müqavilələrin yenilənməməsi qərara alınıb və futbolçular azad agent statusu alıblar.

Qeyd edək ki, "Şəfa" yeni mövsüm öncəsi heyətini formalaşdırmaq istiqamətində işlərini davam etdirir. Klub daha əvvəl bir sıra transferləri rəsmiləşdirdiyini açıqlayıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol