4 noyabr 2026. Çərşənbə

“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı


“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı

“Turan Tovuz” futbol klubu kapitanı Şəhriyar Əliyevlə vidalaşıb.

90deqiqe.Az-ın məlumata görə, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, təcrübəli müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib və tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

Şəhriyar Əliyev 2022/2023-cü illər mövsümündən etibarən Tovuz təmsilçisinin formasını geyinirdi və komandanın kapitanı kimi çıxış edirdi.

Qeyd edək ki, klub yeni mövsüm öncəsi heyət planlamasını davam etdirir.







Misli Premyer liqa