20 sentyabr 2026. Bazar günü

“Qarabağ”ın hazırlıq planı bəlli olub


“Qarabağ”ın hazırlıq planı bəlli olub

“Qarabağ” futbol klubunun 2026/2027-ci illər mövsümünə hazırlıq proqramı müəyyənləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi iyunun 10-da Bakıda bir araya gələrək hazırlığın ilk mərhələsinə start verəcək. Bu mərhələ iyunun 22-dək paytaxtda davam edəcək.

Daha sonra komanda iyunun 22-də Avstriyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi Tirol əyalətində keçiriləcək və iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində “Qarabağ” üç yoxlama oyunu keçirəcək. Komanda iyunun 27-də Bolqarıstanın “MOİK (Sofiya)” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Ağdam təmsilçisi iyulun 1-də isə iki sınaq matçına çıxacaq. “Qarabağ” əvvəlcə Ukraynanın “Metallist”, daha sonra isə Macarıstanın “Ferensvaroş” klubu ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 15:00 və 20:00-da start götürəcək.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol