7 may 2026. Cümə axşamı

"Keşlə”dən yeni rekord


"Keşlə”dən yeni rekord

“Keşlə” Azərbaycan Premyer Liqasının I dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub.

Corner.az xəbər verir ki, bütün qolları evdə buraxan paytaxt klubu VII turun “Sumqayıt”la səfərdəki matçda (0:0) seriyasını 4-ə çatdırıb.

Tərlan Əhmədovun yetirmələri mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı.

“Keşlə” rəqib meydanında sonuncu dəfə ötən mövsümün sonunda – mayın 11-də keçirilən “Səbail”lə qarşılaşmada qol buraxıb. 4:1 hesabı ilə qalib gələn qonaqları 54-cü dəqiqədə Oke Akpoveta məyus edib. Həmin qoldan sonra “Keşlə” 396 dəqiqədi səfərdə qapısını toxunulmaz saxlayır.

“Keşlə”nin tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda “Turan” (3:0), “Xəzər Lənkəran” (0:0) və “Qəbələ”dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə “Kəpəz”lə görüşdə qırılıb – 0:1.

Qeyd edək ki, “Keşlə” növbəti səfər oyununu X turun noyabrın 2-də baş tutacaq matçında “Səbail”ə qarşı keçirəcək.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi