27 iyul 2026. Bazar ertəsi

“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi


“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi

 “Zirə” heyətinin aparıcı üzvləri ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi beş futbolçu ilə müqavilə məsələsinə aydınlıq gətirib.

Klubun yaydığı məlumata əsasən, Eren Aydınla yeni 3 illik müqavilə imzalanıb. Davit Volkov, Aydın Bayramov və Elçin Əlicanov isə daha 2 il “qartallar”ın formasını geyinəcəklər.

Bundan əlavə, mövsümün əvvəlində Enrike Kustodio ilə bağlanmış 1+1 illik müqavilədə nəzərdə tutulan uzadılma bəndi qüvvəyə minib. Bununla da portuqaliyalı yarımmüdafiəçinin sözləşməsinin müddəti daha bir il artırılıb.

Beləliklə, “Zirə” yeni mövsüm öncəsi heyətin əsas üzvlərini komandada saxlamağı bacarıb.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu