20 sentyabr 2026. Bazar günü

“Qarabağ” Pedro Bikalyo ilə yeni müqavilə bağladı


“Qarabağ” Pedro Bikalyo ilə yeni müqavilə bağladı

“Qarabağ” heyətinin üzvlərindən olan Pedro Bikalyo ilə bağlı qərarını rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadıb.

Klubun yaydığı məlumata əsasən, tərəflər arasında 3 illik yeni sözləşmə imzalanıb. Razılaşmaya görə, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “köhlən atlar”ın formasını geyinməyə davam edəcək.

2025-ci ildən “Qarabağ”da çıxış edən Pedro Bikalyo bu müddət ərzində 51 oyunda meydana çıxıb. Yarımmüdafiəçi sözügedən matçlarda 1 qol vurub.

Beləliklə, Azərbaycan çempionu yeni mövsüm öncəsi heyətin vacib üzvlərindən biri ilə əməkdaşlığını daha üç il uzadıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol