20 sentyabr 2026. Bazar günü

Millimizin futbolçusu əməliyyat olundu


Millimizin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin və “Sabah” klubunun üzvü Xəyal Əliyev əməliyyat keçirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması diaqnozu ilə cərrahi müdaxiləyə məruz qalıb. Əməliyyat İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən klinikalardan birində həyata keçirilib və uğurla başa çatıb.

Klubdan verilən məlumata görə, hazırda oyunçunun bərpa prosesi həkim nəzarəti altında davam edəcək.

Qeyd edək ki, Xəyal Əliyev Azərbaycan millisinin Malta yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşündə zədələnmişdi. Həmin qarşılaşma millimizin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol