5 avqust 2026. Çərşənbə

"Şəfa" Murad Musayevi transfer etdi


"Şəfa" Murad Musayevi transfer etdi

2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Murad Musayevlə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında bir illik əməkdaşlıq müqaviləsi bağlanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu peşəkar karyerasının böyük hissəsini "Qəbələ" klubunda keçirib. Təcrübəli müdafiəçi müxtəlif illərdə "Zirə", "Şüvəlan" və "Səbail" komandalarının da formasını geyinib.

Xatırladaq ki, "Şəfa" qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqasında debüt edəcək. Klub yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı