4 noyabr 2026. Çərşənbə

Səlahət Ağayevin son durumuna aydınlıq gəldi


Səlahət Ağayevin son durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının VII turunda "Səbail”lə keçirilən oyunun (2:1) ilk hissəsində zədələnən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşün fasiləsində əvəzlənən qolkiperin durumu ciddi deyil.

Tibbi baxışın nəticələrinə görə, milli komandamızın üzvü pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, Səlahət Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb.







Misli Premyer liqa