18 iyul 2026. Şənbə

"Sabah" Patrik Mbinanı birdəfəlik transfer etdi


"Sabah" Patrik Mbinanı birdəfəlik transfer etdi

"Sabah" klubu hücumçu Patrik Orfe Mbinanın transfer hüquqlarını tam şəkildə əldə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sloveniyanın "Maribor" klubundan icarəyə götürülən futbolçu ilə bağlı müqavilədə nəzərdə tutulan transfer bəndi aktivləşdirilib. Nəticədə Qabon millisinin üzvü ilə üçillik tamhüquqlu müqavilə imzalanıb.

25 yaşlı hücumçu 2025-ci ilin fevralından etibarən "Sabah"ın formasını geyinir. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, həmçinin 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Patrik Mbina ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan "Sabah"ın hücum xəttinin əsas oyunçularından biri hesab olunur.







Misli Premyer liqa