1 avqust 2026. Şənbə

“Araz-Naxçıvan”da yeni baş məşqçi


“Araz-Naxçıvan”da yeni baş məşqçi

“Araz-Naxçıvan” klubunun yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhbərlik komandanı Cavid Hüseynova həvalə edib. 38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cavid Hüseynov futbolçu karyerası ərzində “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib. O, həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarının formasını geyinib.

Məşqçi kimi fəaliyyətinə “Şamaxı” klubunda başlayan Hüseynov daha sonra “Cəbrayıl”, “Turan Tovuz” və “Səbail” klublarında da çalışıb və baş məşqçi kimi təcrübə qazanıb.







Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı