1 avqust 2026. Şənbə

“Qarabağ” Samuel Lobatonu transfer etdi


“Qarabağ” Samuel Lobatonu transfer etdi

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və Samuel Lobato Ağdam təmsilçisinə keçib.

24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, 2025-ci ildən “Portimonense”də çıxış edirdi.

Qeyd edək ki, Portuqaliya futbolunun “Sportinq” akademiyasının yetirməsi olan Lobato 2015–2021-ci illərdə həmin sistemdə yetişib. O, karyerası ərzində “Famalikao”, B SAD və “Tondela” klublarının da formasını geyinib.

Beləliklə, Lobato legioner karyerasında ilk dəfə Portuqaliya xaricində çıxış edəcək.

Xatırladaq ki, bu transfer “Qarabağ”ın yay dönəmində heyətə cəlb etdiyi üçüncü futbolçudur. Ondan əvvəl Jali Mauddib və Zakaria Savono ilə də müqavilə imzalanmışdı.







Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı