25 sentyabr 2026. Cümə

“Neftçi”nin yay hazırlıq planı müəyyənləşib


“Neftçi”nin yay hazırlıq planı müəyyənləşib

“Neftçi” futbol klubunun 2026/2027 mövsümünə hazırlıq proqramı bəlli olub.

90deqiqe.Az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışını iki mərhələdə keçəcək.

Hazırlığın birinci mərhələsi iyunun 20-dən 28-dək Bakıda, “Palms Sports” Futbol Mərkəzində təşkil olunacaq.

İkinci mərhələ isə iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplice şəhərində baş tutacaq. Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında komanda bu mərhələdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Qrafikə əsasən, “Neftçi” iyulun 2, 6, 10 və 13-də meydana çıxacaq. İlk yoxlama matçında rəqib Serbiyanın “Partizan” klubu olacaq.

Digər rəqiblər və oyunların başlama saatı ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.







Misli Premyer liqa