25 sentyabr 2026. Cümə

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə bağladı


“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə bağladı

“Araz-Naxçıvan” növbəti mövsüm üçün heyət planlamasını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisi daha bir futbolçunun komandada qalacağını rəsmiləşdirib. Klub Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, 2024/25 mövsümündən “qırmızı-ağlar”ın formasını geyinən futbolçu daha bir il komandanın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqavilə müddətini uzadıb. Klub yeni mövsüm öncəsi heyətin əsas üzvlərini qoruyub saxlamağa çalışır.







Misli Premyer liqa