13 iyul 2026. Bazar ertəsi

“Qarabağ” Mozambik millisinin üzvünü heyətinə qatdı


“Qarabağ” Mozambik millisinin üzvünü heyətinə qatdı

“Qarabağ” klubu 2026/2027 mövsümü üçün heyətini gücləndirməyə davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Ağdam təmsilçisi növbəti transferini rəsmiləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın keçidi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb.

28 yaşlı sol cinah oyunçusu ilə 3 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın şərəfini qoruyacaq və komandanın heyətində 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Lanqa son olaraq “Almeriya” klubunda çıxış edib, cari ilin ilk yarısını isə icarə əsasında Portuqaliyanın “Eştrela” komandasında keçirib.

Mozambik millisinin üzvü karyerası ərzində ölkəsində “Blek Bullz” və “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş” və “Eştrela”, Kiprdə “Pafos”, İspaniyada isə “Almeriya” klublarının formasını geyinib. O, 2021-ci ildən etibarən milli komandada 37 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Bruno Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferi olub. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato da Ağdam klubuna cəlb edilib.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı