20 sentyabr 2026. Bazar günü

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə gücləndi


“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə gücləndi

“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, klub 27 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi Luka Dumançiçi transfer edib. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Dumançiç yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Futbolçu karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozzano”, “Lukkeze”, “İnter” (Zapreşiç), “Rudeş”, “Solin”, “Nafta 1903” və “Jaljiris” klublarında çıxış edib. Müdafiəçi son olaraq İndoneziyanın “Persis” komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Luka Dumançiç 2016-cı ildə Xorvatiya U-19 millisinin heyətində bir oyun keçirib.

Xatırladaq ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla da yeni müqavilə imzalayıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol