20 sentyabr 2026. Bazar günü

“Sabah” Rodriqo Fernandeşi transfer etdi


“Sabah” Rodriqo Fernandeşi transfer etdi

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fernandeşlə müqavilə imzalayıb.

25 yaşlı futbolçu ilə 2 illik anlaşma əldə olunub. Fernandeş bundan sonra “Sabah”ın uğurları üçün mübarizə aparacaq.

Portuqaliyalı oyunçu son olaraq “Şamaxı”nın formasını geyinib. O, ölkəsinin tanınmış klublarından olan “Sportinq”in yetirməsidir və bu klubun əsas, eləcə də əvəzedici komandalarında çıxış edib.

Yarımmüdafiəçi həmçinin “Portu”nun əvəzedici heyətində də forma geyinib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol