4 avqust 2026. Çərşənbə axşamı

“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edildi


“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

“Qarabağ”ın Avstriyada keçirəcəyi yay təlim-məşq toplanışının proqramında dəyişiklik olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bolqarıstanın MOİK komandasına qarşı keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv edilib. Azərbaycan çempionu iyunun 27-də Avstriya Bundesliqası təmsilçisi VSG “Tirol”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində keçiriləcək ikinci mərhələsində ümumilikdə üç yoxlama oyunu keçirəcək.

Komanda iyulun 1-də daha iki sınaq matçına çıxacaq. “Köhlən atlar” əvvəlcə Ukraynanın “Xarkov” kollektivi ilə Bakı vaxtı ilə saat 15:00-da üz-üzə gələcək. Həmin gün Macarıstanın “Ferentsvaroş” komandası ilə keçiriləcək görüş isə saat 20:00-da başlayacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı