4 noyabr 2026. Çərşənbə

“Neftçi” braziliyalı yarımmüdafiəçi ilə müqavilə bağladı


“Neftçi” braziliyalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə müqavilə imzalayıb.

26 yaşlı futbolçu ilə 2+1 illik anlaşma əldə olunub. O, “ağ-qaralar”ın heyətində 20 nömrəli forma ilə çıxış edəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunun formasını geyinib.

Braziliyalı yarımmüdafiəçi son olaraq Portuqaliyanın “Santa Klara” komandasında çıxış edib. O, bu klubun heyətində 74 oyunda meydana çıxaraq 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Misli Premyer liqa