4 noyabr 2026. Çərşənbə

“Zirə” braziliyalı qapıçı transfer etdi


“Zirə” braziliyalı qapıçı transfer etdi

“Zirə” klubu yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi braziliyalı qapıçı Maykon Kleytonu heyətinə qatıb.

27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində Braziliyanın “Santa Kruz”, “Red Bull Braqantino”, “Vitoriya” və “Seara” klublarında çıxış edən Maykon Kleyton son olaraq Portuqaliyanın “Portimonense” komandasında forma geyinib.

Beləliklə, “Zirə” yeni mövsüm öncəsi heyətini daha bir legionerlə gücləndirib.







Misli Premyer liqa