20 sentyabr 2026. Bazar günü

“Qarabağ” yoxlama oyununda “Zirə”ni məğlub etdi


“Qarabağ” yoxlama oyununda “Zirə”ni məğlub etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama matçında üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında keçirilən qarşılaşma 30 dəqiqəlik dörd hissədən ibarət olub.

Maraqlı mübarizə şəraitində keçən görüş Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade və Mehdi Mütəllimli fərqləniblər.

“Zirə”nin qollarını isə George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov vurublar.

Qeyd edək ki, Ağdam təmsilçisi yeni mövsümə hazırlığın növbəti mərhələsini Avstriyanın Tirol əyalətində keçirəcək. “Zirə” isə təlim-məşq toplanışını Türkiyənin Bolu şəhərində davam etdirəcək.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol