6 avqust 2026. Cümə axşamı

"Qarabağ" Bədavi Hüseynovla yeni müqavilə imzaladı


"Qarabağ" Bədavi Hüseynovla yeni müqavilə imzaladı

"Qarabağ" futbolçusu Bədavi Hüseynovla bağlı qərarını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə müqavilənin müddətini uzadıb.

Tərəflər arasında imzalanan yeni anlaşmaya əsasən, 33 yaşlı futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"ın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən Ağdam klubunun şərəfini qoruyan Bədavi Hüseynov bu müddət ərzində komandanın əsas simalarından birinə çevrilib. Təcrübəli müdafiəçi Premyer Liqada "Qarabağ"ın heyətində keçirdiyi 267 oyunda 5 qol vurub.

Bədavi Hüseynov klub karyerasında "Qarabağ"la 11 dəfə Azərbaycan çempionluğu, 5 dəfə isə ölkə kubokunu qazanıb. Azərbaycan millisinin də üzvü olan müdafiəçi yığmanın heyətində keçirdiyi 82 görüşdə 1 qolla yadda qalıb.

Qeyd edək ki, Hüseynov hazırda "Qarabağ"ın ən təcrübəli və uzunmüddətli futbolçularından biri hesab olunur.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı