7 avqust 2026. Cümə

Samir Abasov: Zirə'dən təzminatsız ayrıldım


Samir Abasov: Zirə'dən təzminatsız ayrıldım

"Bu məsələ ilə bağlı danışılası bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. "Zirə" öz mövqeyini bildirib. Bu, olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım". 

Bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçi postu ilə vidalaşan Samir Abasov deyib.

41 yaşlı mütəxəsis Premyer Liqanın VII turunda "Qəbələ" ilə matçdan son belə bir söhbətin olmadığını bildirib: "Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq. Heç bir təzminat söhbəti olmadan ayrıldım".

Abasov sabiq komandası "Sumqayıt"a qayıdış variantına da münasibət bildirib: "Belə bir söhbət yoxdur. Ümumiyyətlə, "Sumqayıt"a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək də istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı da, "Sumqayıt"ın mövqeyini də bilmək olmaz. Sadəcə, bu gün üçün bu komanda haqqında, ümumiyyətlə, düşünmürəm". 

Gənc mütəxəssis ölkə xaricində çalışa biləcək gücdə olduğunu sözlərinə əlavə edib: "Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur".

Qeyd edək ki, Samir Abasov ötən il avqustun 29-dan çalışdığı “Zirə”ni bu gün qarşılıqlı razılıq əsasında tərk edib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.   







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı