20 sentyabr 2026. Bazar günü

"Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı


"Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı

"Neftçi" futbol klubunda iki aparıcı oyunçu ilə bağlı qərar rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi komandanın kapitanları Emin Mahmudov və Emil Balayevlə müqavilələrin müddətini uzadıb.

Klubun yaydığı məlumata görə, yeni razılaşmaya əsasən, Emin Mahmudovla 1+1 illik, Emil Balayevlə isə ikiillik müqavilə imzalanıb.

2017/18 mövsümündən "Neftçi"nin formasını geyinən Emin Mahmudov komandanın əsas simalarından biri hesab olunur. Təcrübəli yarımmüdafiəçi ötən doqquz mövsüm ərzində 289 rəsmi matçda meydana çıxıb və 72 qolla yadda qalıb.

"Neftçi"nin yetirməsi olan Emil Balayev isə müxtəlif dövrlərdə klubun uğurları üçün mübarizə aparıb. Qapıçı 2012/13–2014/15 və 2023/24–2025/26 mövsümlərində komandanın heyətində çıxış edib və ümumilikdə 25 rəsmi oyunda forma geyinib.

Beləliklə, "ağ-qaralar" yeni mövsüm öncəsi heyətin aparıcı üzvlərini komandada saxlamağa nail olub.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol