22 iyun 2026. Bazar ertəsi

"Qarabağ" beşinci transferini reallaşdırdı


"Qarabağ" beşinci transferini reallaşdırdı

2026/27 mövsümü üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubundan Martin Zlomisliçi heyətinə qatıb.

Klubun yaydığı məlumata görə, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və bosniyalı qapıçı ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu yeni komandasında 23 nömrəli forma ilə çıxış edəcək.

"Şiroki Briyeq" futbol akademiyasının yetirməsi olan Martin Zlomisliç peşəkar karyerasına 2017-ci ildə başlayıb. O, 2021-ci ildən "Riyeka"nın şərəfini qoruyurdu.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış edən qolkiper 2024-cü ildən əsas milli komandaya dəvət alır. Yığmanın heyətində üç oyuna çıxan Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin üzvlərindən biridir.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer dövründə "Qarabağ"ın beşinci transferi olub. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa da Ağdam klubuna qoşulublar.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı