- Misli Premyer liqa
- 15:26 22.06.2026
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi mərkəz müdafiəçisi Rəşad Həsənovla anlaşıb. 23 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Yeni mövsümdən etibarən "Araz-Naxçıvan"ın formasını geyinəcək Rəşad Həsənov karyerası ərzində "Keşlə", "Şamaxı" və "Zirə-2" klublarında çıxış edib. O, son mövsümü I Liqa təmsilçisi "Cəbrayıl"ın heyətində keçirib.
Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə dəvət alıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə də yeni müqavilə imzalayıb.