8 avqust 2026. Şənbə

"Araz-Naxçıvan" ispaniyalı yarımmüdafiəçi ilə gücləndi


"Araz-Naxçıvan" ispaniyalı yarımmüdafiəçi ilə gücləndi

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətinə yeni futbolçu qatıb.

Klubdan verilən 90deqiqe.Az-a məlumata görə, Naxçıvan təmsilçisi ispaniyalı yarımmüdafiəçi Alberto Qarsia Fernandeslə anlaşıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

"Real Madrid" akademiyasının yetirməsi olan Fernandes karyerası ərzində İspaniyada "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel", "Rayo Maxadaonda", eləcə də Kiprdə "Omoniya" və "Akritas Xloraka" klublarında çıxış edib.

Yarımmüdafiəçi 2017-ci ildə İspaniya U-19 millisinin heyətində bir oyunda meydana çıxıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə də yeni müqavilə imzalayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı