25 sentyabr 2026. Cümə

“Zirə” portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi


“Zirə” portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi

“Zirə” klubu heyətinə yeni futbolçu qatıb.

 90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Da Silva Tavareş Viera ilə anlaşıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində müxtəlif klublarda çıxış edən futbolçu Portuqaliyada “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar”, eləcə də Kiprin “Olimpiakos” (Nikosiya) komandalarının formasını geyinib.

Qeyd edək ki, yeni transfer “Zirə”nin yay hazırlıq planı çərçivəsində heyətin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.







Misli Premyer liqa