25 sentyabr 2026. Cümə

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb


“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Ayxan Hüseynovla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnı”, “Ximki” klublarında, eləcə də Azərbaycanda “Turan Tovuz”un heyətində çıxış edib.







Misli Premyer liqa