9 avqust 2026. Bazar günü

"Neftçi" qvadelupalı müdafiəçi ilə müqavilə bağladı


"Neftçi" qvadelupalı müdafiəçi ilə müqavilə bağladı

"Neftçi" 2026-cı il yay transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi qvadelupalı müdafiəçi Endryu Qravilyonu heyətinə qatıb.

Klubun yaydığı məlumata görə, 28 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb. Təcrübəli müdafiəçi "ağ-qaralar"ın heyətində "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Endryu Qravilyon karyerası ərzində İtaliya, Fransa və Türkiyə çempionatlarında çıxış edib. Qvadelupa millisinin üzvü olan futbolçu yığmanın heyətində keçirdiyi 19 oyunda iki qola imza atıb.

Beləliklə, "Neftçi" yay transfer dönəmində üçüncü transferini reallaşdıraraq yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı