25 sentyabr 2026. Cümə

"Qəbələ" Seydina Keytanın müqaviləsini yenilədi


"Qəbələ" Seydina Keytanın müqaviləsini yenilədi

Yeni mövsüm üçün heyətini formalaşdıran "Qəbələ" futbolçusu Seydina Keyta ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni 1 illik müqavilə imzalayıb.

2026-cı ilin yanvar ayından "Qəbələ"nin formasını geyinən futbolçu qısa müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilib. O, bu müddət ərzində meydana çıxdığı 19 oyunda 3 qola imza atıb.

Qeyd edək ki, klub rəhbərliyi yay transfer dönəmində heyətin qorunub saxlanılması və gücləndirilməsi istiqamətində işlərini davam etdirir.







Misli Premyer liqa