25 sentyabr 2026. Cümə

"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı


"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı

"Araz-Naxçıvan" klubu futbolçusu Urfan Abbasovla yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb və tərəflər arasında əməkdaşlığa yekun vurulub.

Təcrübəli futbolçu bununla da "Araz-Naxçıvan"dakı çıxışını başa çatdırıb.

Qeyd edək ki, klub bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə də yeni müqavilə imzalamayıb.







Misli Premyer liqa