10 avqust 2026. Bazar ertəsi

"Araz-Naxçıvan" Rövlan Muradovu heyətinə qatdı


"Araz-Naxçıvan" Rövlan Muradovu heyətinə qatdı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" növbəti keçidini rəsmiləşdirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, yarımmüdafiəçi Rövlan Muradovla 1 illik müqavilə imzalanıb. Futbolçu qarşıdakı mövsümdə Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq.

"Qəbələ" futbol məktəbinin yetirməsi olan Muradov karyerası ərzində Çexiyanın "Slaviya" klubunun B komandasında, eləcə də "Qarabağ"ın U-19, "Qəbələ", "Sumqayıt" və "Zirə" kollektivlərində çıxış edib. O, müxtəlif yaş qrupları üzrə Azərbaycanın U-19 və U-21 milli komandalarının da formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı