27 iyun 2026. Şənbə

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi


Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi

“Araz-Naxçıvan” futbol klubunun İdarə Heyətinin iclası keçirilib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, toplantıda yeni mövsümə hazırlıq, akademiya komandalarının yenidən formalaşdırılması və əsas komandanın transfer fəaliyyəti müzakirə olunub.

İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ceyhun Sultanov futbolçu karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ” və İranın “Maşınsazi” klublarının formasını geyinib. O, Azərbaycan milli komandasının da şərəfini qoruyub. İdarəçi kimi isə müxtəlif illərdə “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.







Misli Premyer liqa

"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı
  • Misli Premyer liqa
  • 12:53 25.06.2026
"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı
"Zirə" Rövlan Muradovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 14:54 24.06.2026
"Zirə" Rövlan Muradovla yollarını ayırdı