- Misli Premyer liqa
- 23:04 26.06.2026
"Turan Tovuz" heyətinin aparıcı üzvlərindən biri olan İbrahima Vadci ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, seneqal əsilli hücumçu ilə yeni müqavilə imzalanıb. Tərəflər arasında bağlanan anlaşmanın müddəti 1+1 il təşkil edir.
Beləliklə, təcrübəli forvard qarşıdakı mövsümdə də Tovuz təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, İbrahima Vadci son illərdə Azərbaycan Premyer Liqasında çıxışı ilə diqqət çəkən futbolçular sırasında yer alıb.