- Misli Premyer liqa
- 23:04 26.06.2026
“Neftçi” yay transfer dönəmində növbəti keçidini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya millisinin hücumçusu Lyubomir Tuptanı heyətinə qatıb. Klubdan verilən məlumata görə, 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 29 nömrəli forma ilə çıxış edəcək.
Hücum xəttinin müxtəlif mövqelərində oynamaq bacarığı ilə seçilən Tupta hər iki cinahda vinger kimi də çıxış edə bilir. Slovakiyalı futbolçu son olaraq Yunanıstanın AEL klubunun formasını geyinib. O, 2025/26 mövsümündə ölkə çempionatında keçirdiyi 35 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində İtaliya, Polşa, İsveçrə və Çexiya çempionatlarında da çıxış edən hücumçu 2023-cü ildən Slovakiya milli komandasının formasını geyinir. Tupta yığmanın heyətində indiyədək 21 oyuna çıxıb.
Qeyd edək ki, “Neftçi” yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.