- Misli Premyer liqa
- 21:08 27.06.2026
“Neftçi” yeni mövsümə hazırlığın Bakıda keçirilən ilk mərhələsini yekunlaşdırıb.
Paytaxt klubunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, hazırlığın son günündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində təşkil olunan ikitərəfli oyunda sınaqdan keçirib.
Hər biri 30 dəqiqədən ibarət iki hissədə keçirilən qarşılaşmada baş məşqçinin sərəncamında olan bütün futbolçular meydana çıxıblar. Görüşdə əsas komandanın üzvləri ilə yanaşı, əvəzedici heyətdən cəlb olunan oyunçular da iştirak ediblər.
“Ağ-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsini isə Sloveniyada keçirəcəklər. Komanda iyunun 29-dan iyulun 14-dək Moravske Toplitse şəhərində hazırlıq keçəcək.
Qeyd edək ki, “Neftçi” Sloveniya toplanışı çərçivəsində dörd yoxlama oyunu keçirməyi planlaşdırır.