28 iyun 2026. Bazar günü

"Zirə" Türkiyədə ilk sınaqdan məğlub ayrıldı


"Zirə" Türkiyədə ilk sınaqdan məğlub ayrıldı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Zirə" növbəti yoxlama oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistanın "Navbahor" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Zirə"nin heyətində yeganə qolu Yeqor Boqomolski vurub.

Qeyd edək ki, paytaxt təmsilçisi yay hazırlığı çərçivəsində keçirdiyi ilk yoxlama matçında da "Qarabağ"a 3:4 hesabı ilə uduzmuşdu. Boludakı məğlubiyyət "Zirə"nin mövsümöncəsi hazırlıq prosesində ikinci uğursuz nəticəsi olub.







Misli Premyer liqa

"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı
  • Misli Premyer liqa
  • 12:53 25.06.2026
"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı